AZ

Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan

Hakim Vətəndaş Müqaviləsi Partiyasının seçki platformasında yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı müddəa var. Seçkilərdən və parlamentdə siyasi çoxluğun formalaşmasından sonra yeni konstitusiyanın qəbul edilməsi təşəbbüsünü irəli sürəcəyik.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Biz heç vaxt konstitusiya məsələsini Azərbaycanla və ya heç bir tərəfdaşla müzakirə etməmişik, çünki bu, sırf daxili gündəliyimizdir. Və biz bu gündəmdən çıxış edirik”, - deyə Paşinyan qeyd edib.

Paşinyanın sözlərinə görə, bu referendum yolu ilə həyata keçiriləcək. /axar.az/

Seçilən
24
2
turkustan.az

3Mənbələr