AZ

Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir

Yeni araşdırma Avropada səyahətçilər üçün ən sərfəli və ən bahalı şəhərləri müəyyən edib. Artan aviabilet qiymətləri fonunda turistlərin bahalı səfərlər əvəzinə daha qənaətcil və rahat marşrutlara üstünlük verdiyi bildirilir. Bu yay qısa şəhər tətilləri Avropanın əsas səyahət trendlərindən biri olacaq.

Publika.az xəbər verir ki, “Post Office Travel Money” tərəfindən hazırlanan “Şəhər Xərcləri Barometri” hesabatında 50 şəhərdə turistlərin əsas xərcləri müqayisə olunub.

Araşdırma çərçivəsində iki nəfər üçün 12 əsas turist xərci nəzərə alınıb. Bunlara bir fincan qəhvə, bir şüşə pivə, qazlı içki, bir stəkan şərab, iki nəfərlik üç çeşidli şam yeməyi və digər gündəlik xərclər daxil edilib.

Hesabatda həmçinin nəqliyyat xərcləri - hava limanı transferi və 48 saatlıq ictimai nəqliyyat biletləri, şəhər turu avtobusları, muzey və qalereyalara giriş haqları da hesablanıb. Bundan əlavə, iki nəfərlik üçulduzlu hoteldə iki gecəlik qalma qiymətləri ümumi büdcəyə əlavə olunub.

Araşdırmada vurğulanır ki, şəhərin ümumi reytinqindən daha vacib məqam turistlərin səfər zamanı gündəlik xərcləri necə hiss etməsidir. Xüsusilə hotel qiymətlərindəki kiçik artımların belə qısa tətilin ümumi büdcəsinə ciddi təsir göstərə biləcəyi qeyd edilir.

Seçilən
58
publika.az

1Mənbələr