AZ

Maldiv prezidenti Azərbaycanla əməkdaşlığın genişləndirilməsi potensialını qeyd edib

Son illərdə Maldiv və Azərbaycan arasında ikitərəfli əlaqələr ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi və iki ölkə xalqları arasında əlaqələrin möhkəmləndirilməsi üçün əhəmiyyətli potensialı üzə çıxarmağa imkan verib.

"Far.Az" xəbər verir ki, bunu Maldiv prezidenti Məhəmməd Muizzu "X"də Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edərkən yazıb.

"Azərbaycanın Müstəqillik Gününün şən bayramı münasibətilə prezident İlham Əliyevə, baş nazir Əli Əsədova, hökumətə və Azərbaycan xalqına səmimi təbriklərimi bildirmək istəyirəm. Azərbaycan müstəqillik əldə etdiyi gündən bu yana uzun yol keçib, inkişaf kursunu xalqının arzularına uyğun müəyyənləşdirib. Azərbaycana parlaq gələcək arzulayıram", - o yazıb.

Onun sözlərinə görə, son illərdə ölkələr arasında ikitərəfli əlaqələr ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi üçün əhəmiyyətli potensialı üzə çıxarmağa imkan verib.

"Bu və digər sahələrdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsində əldə edilmiş tərəqqini məmnuniyyətlə qeyd edirəm", - Maldiv prezidenti vurğulayıb.

Seçilən
39
3
far.az

4Mənbələr