AZ

Putin İlham Əliyevi təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi  Müstəqillik Günü münasibətilə təbrik edib. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə 28 may tarixində Kremlin saytında məlumat verilib.

Təbrikdə deyilir: 

"Biz Bakı ilə dostluq və müttəfiqlik münasibətlərimizə böyük əhəmiyyət veririk. Əminəm ki, birgə səylər nəticəsində müxtəlif sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın, eləcə də regional və beynəlxalq məsələlərdə tərəfdaşlığın daha da inkişafını təmin edə bilərik".

Putin Rusiya və Azərbaycanın müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı, eləcə də regional və beynəlxalq gündəmlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə davam edəcəyinə əminliyini bildirib. 

Seçilən
50
5
cebheinfo.az

10Mənbələr