AZ

Kallas ABŞ səfirliyinin Kiyevdən təxliyə olunduğunu bildirib, Ukrayna XİN isə əksini iddia edir

Apa.az saytına istinadən ain.az xəbər verir.

ABŞ səfirliyi istisna olmaqla, heç bir Avropa ölkəsinin səfirliyi Kiyevdəki missiyasını təxliyə etməyib.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas Kiprdə keçirilən Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünə gedərkən bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgiy Tixiy isə ABŞ-ın diplomatik nümayəndəliyinin Ukrayna paytaxtını tərk etməsi ilə bağlı məlumatları təkzib edib.

O qeyd edib ki, ABŞ səfirliyinin Kiyevdən çıxması ilə bağlı məlumat həqiqəti əks etdirmir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
4
apa.az

5Mənbələr