AZ

Tokayev: Qazaxıstan və Rusiya arasında mübahisəli məsələlər yoxdur

BAKI, 28 may. TELEQRAF

Qazaxıstan və Rusiya arasında mübahisəli məsələlər yoxdur.

Teleqraf xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iki ölkə arasında heç bir mübahisəli məsələnin olmadığını bəyan edib.

Dövlət başçısı tərəfdaşlığın iqtisadi göstəricilərinə toxunaraq, Qazaxıstan və Rusiya arasında əməkdaşlığın artan templərlə inkişaf etdiyini vurğulayıb:

"Hazırda ümumi investisiya həcmi 53 milyard dollar təşkil edən 177 birgə layihə icra olunmaqdadır".

O, həmçinin yaxın vaxtlarda iki ölkə arasındakı ticarət dövriyyəsinin 30 milyard dollarlıq mühüm göstəricini keçəcəyini qeyd edib.

Seçilən
29
1
teleqraf.com

2Mənbələr