AZ

Almaniya mediasının iddiası Kloze onu istəyir

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Mahir Emreli yenidən Nürnberqə qayıda bilər. Sport24.az xəbər verir ki, bu barədə "Germanijak" nəşri məlumat yayıb.İddiaya görə, II Bundesliqa təmsilçisinin baş məşqçisi Miroslav Kloze 28 yaşlı hücumçunu yenidən komandasında görmək istəyir. Bildirilir ki, futbolçunun almaniyalı mütəxəssislə münasibətləri olduqca yaxşıdır və bu amil transferin reallaşmasına təsir göstərə bilər. Hətta Kloze Emreli ilə bu barədə söhnət də edib.Mahir Emreli "Nürnberq"in heyətində keçirdiyi 25 oyunda 11 qol vuraraq diqqət çəkməyi bacarmışdı.Qeyd edək ki, "Kayzerslautern"də istədiyi qədər şans qazanmayan və işləri arzuladığı kimi getməyən Azərbaycan millisinin hücumçusu yay transfer dönəmində klubunu dəyişmək niyyətindədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
sport24.az

1Mənbələr