AZ

​“Hamı qaldı, ABŞ getdi” ABŞ səfirliyi Kiyevi tərk edib?

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Dünən Ukraynadan eşitdiyimiz odur ki, bir səfirlik istisna olmaqla, bütün səfirliklər qalır. Bu, həmin səfirliklərdən cəsarət tələb edir. Lakin bütün Avropa səfirlikləri qalır, Amerika isə gedir". 

“AzPolitika” xəbər verir ki, Avropa İttifaqının Ali Nümayəndəsi Kaya Kallasın bu açıqlaması böyük səs-küyə səbəb olub. Söhbət Rusiyanın Kiyevi vuracağı barədə təhdidlərindən sonra ABŞ səfirliyinin Ukrayna paytaxtını tərk etməsi iddiasından gedir.

Kallas deyib ki, Rusiyanın Kiyevə yeni raket zərbələri endirməklə bağlı təhdidləri fonunda Avropa səfirliklərinin diplomatları Kiyevdə qalırlar. Lakin ABŞ səfirliyinin diplomatları iddialara görə Ukraynanı tərk ediblər. Kallas əlavə edib ki, "Rusiyanın bu təhdidləri uzun illərdir işə yaramayıb, indi də işə yarayacağını düşünmürəm".

Lakin Ukrayna tərəfi bu məlumatı təsdiqləmir. Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi jurnalistlərə deyib ki, Amerika diplomatlarının Kiyevdən getməsi ilə bağlı açıqlama həqiqətə uyğun deyil.

Qeyd edək ki, Ukrayna rəhbərliyi dəfələrlə ABŞ-nin Rusiyaya ərazi güzəştləri və digər güzəştlərə dair təzyiqlərinə məruz qaldığını bəyan edib. Belə təzyiqlərin olduğunu hətta Prezident Volodimir Zelenski də etiraf edib.

“AzPolitika.info” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
azpolitika.info

1Mənbələr