AZ

Ötən il 46 qadın insan alverinin qurbanı olub

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

2025-ci ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı Daxili İşlər Nazirliyində 8889 müraciət qeydə alınıb.Bizim.Media xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.Statistik göstəricilər əvvəlki illərlə müqayisədə azalma tendensiyasını göstərir. Belə ki, 2024-cü ildə bu rəqəm 9014, 2023-cü ildə 9389, 2022-ci ildə isə 9864 olub.

 

2025-ci ildə məişət zorakılığı ilə bağlı 1396 cinayət qeydə alınıb, 1413 zərərçəkmiş şəxs müəyyən edilib. Zərərçəkənlərin 1176-sı qadın, 237-si isə kişi olub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə 1471, 2023-cü ildə isə 1513 belə cinayət qeydə alınmışdı.

Ailə münaqişəsi və qısqanclıq zəminində qadınlara qarşı ölümlə nəticələnən 39 cinayət qeydə alınıb. Bu göstərici 2024-cü ildə 42 olub.Ötən il qadını nikaha daxil olmağa məcbur etmə ilə bağlı cinayət faktı qeydə alınmayıb.Hesabat dövründə qadınlara qarşı ümumilikdə 6572 cinayət qeydə alınıb. Onlardan 2435-i zorakılıqla müşayiət olunan cinayətlər olub. Qadınlara qarşı törədilən cinayətlərin 157-si qəsdən sağlamlığa zərər vurma, 98-i xuliqanlıq, 334-ü cinsi toxunulmazlıq və cinsi azadlıq əleyhinə cinayətlər, 21-i zorlama, 252-si isə insan alveri ilə bağlı olub.2025-ci ildə qadınlara qarşı törədilmiş cinayətlərlə bağlı 4516 şəxs müəyyən edilərək, onların 2716-sı məsuliyyətə cəlb olunub. 2024-cü ildə isə bu göstəricilər müvafiq olaraq 4468 və 2745 olub.Ötən il həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 152 insan alveri, 1 məcburi əmək və insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı 45 cinayət aşkarlanıb. Cinayətlərdən zərər çəkmiş 46 qurbanın hamısının qadın olduğu bildirilib. (Trend.az)Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
4
bizim.media

5Mənbələr