Əməkdar artist Elza Seyidcahan açıqlaması ilə diqqət çəkib...
Poliqon xəbər verir ki, sənətçinin səsləndirdiyi fikirlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub. Elza Seyidcahan şeirləri ilə bağlı danışarkən maraqlı iddia irəli sürüb:
"Oxucularımı əhliləşdirmişəm, indi şeirlərimi anlayırlar".
Müğənninin bu sözləri izləyicilər arasında fərqli reaksiyalar doğurub. Bəzi istifadəçilər sənətçinin özünəməxsus yaradıcılıq tərzini müdafiə edərək fikirlərini normal qarşıladıqlarını bildiriblər. Digərləri isə onun açıqlamasını iddialı hesab edərək tənqidli şərhlər yazıblar.
Qısa zamanda yayılan açıqlama sosial mediada çoxsaylı müzakirələr yaradıb.
Poliqon.info