AZ

Ermənistan göyünə yiyə dura bilmir │ Ədalət Verdiyevin şərhi

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İstehsalçının şişirdilmiş məlumatına görə raket, PUA-ları (pilotsuz uçuş aparatları), qanadlı raketləri, helikopterləri və aşağı hündürlükdə ucan hava hədəflərini ələ məhv etmək üçün nəzərdə tutulub. İstənilən hava şəraitində istifadə edilə bilər və eyni zamanda dörd hava hədəfini nəqliyyat vasitəsinə quraşdırılmış dörd raketlə vura bilir. Yeni “AD-08” variantı ön tərəfində heyət kabinəsi, arxa tərəfində isə düz platforması olan, dörd buraxılış relsindən və elektro-optik sistemdən ibarət buraxılış qurğusu ilə təchiz olunmuş "Iveco Daily" 4x4 yüngül yük maşınının bazasında yerləşdirilib. Elektron-optik sistem hədəfin əldə edilməsi və raketin idarə olunmasını təmin etmək üçün istifadə olunur. AD-08 "yer-hava" raket sistemində istifadə edilən raket, passiv infraqırmızı görüntüləmə və termal görüntüləmə başlığını özündə birləşdirir. O, 700 m-dən 8 km-ə qədər məsafələrdə və 20 m-dən 6 km-ə qədər hündürlüklərdə hədəfləri vura bilir. Raketin kalibri 156 mm, uzunluğu 2670 mm və ümumi çəkisi 75 kq-dır. Kompleks modifikasiya edilmiş ARAS-2 4x4 hərbi nəqliyyat vasitəsinin şassisinə də quraşdırıla bilir.

İranın bu komplekslərini Ermənistandan başqa heç bir ölkə almayıb. Əslində bu komplekslərin alınması İrana tətbiq edilən sanksiyaların pozulması deməkdir. İranın ABŞ və İsrailə qarşı apardığı döyüş əməliyyatları zamanı İranın hava hücumundan müdafiə sisteminin bərbad vəziyyətdə olduğu ortaya çıxdı. Əməliyyatların ilk günündə İranın HHM sistemi tam komplekt olduğu vəziyyətdə belə, düşmənin hava hücumlarına adekvat cavab verilmədi. Ölkənin hava məkanını qorumaq üçün nəzərdə tutulan sistem heç özünü qoruya bilmədi. Vətən Müharibəsində Ermənistan ordusunun darmadağın edilməsi ilə İranın havadan müdafiəsi təxminən eyni acı taleyi yaşayıb. Fərq ondan ibarətdir ki, İranın HHM sistemini ABŞ, Ermənistanın müdafiə sistemini Azərbaycan darmadağın edib. Odur ki, həm Ermənistanın, həm də İranın havadan müdafiə məsələsində ciddi problemləri mövcuddur. Bu problemlərin həlli məqsədilə hər iki ölkə havadan müdafiə sahəsində əməkdaşlıq etməyə məcburdur. Bu gün İran Ermənistana, sabah isə Ermənistan İrana əlində olan və ya digər ölkələrdən əldə etdiyi texnologiyanı ötürə bilər. Amma burada bir məsələ var ki, Iranın özünü, onun digər ölkələrdə, xüsusilə də Livanda olan HİZBULLAH qruplaşmasını havadan qoruya bilməyən plagiat HHM sistemlərinin Ermənistan səmasını neçə qoruyacağıq böyük sual altındadır.

Ədalət Verdiyev

Hərbi ekspert Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
azvision.az

1Mənbələr