AZ

Dünya çempionu "Fiorentina"nı çalışdıracaq - Razılıq əldə olundu

"Sassuolo"nun baş məşqçisi Fabio Qrosso tezliklə "Fiorentina"ya rəhbərlik edəcək.

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbənin məlumatına görə, tərəflər artıq iki illik müqavilənin şərtləri barədə praktik olaraq razılığa gəliblər, son detallar qalır. Qrosso "Fiorentina"nın baş məşqçisi kimi ötən ilin noyabr ayından bəri komandada çalışan və "bənövşəyilər"i A Seriyasından düşməkdən xilas edə bilən Paolo Vanolini əvəz edəcək.

Qrosso 2024-cü ilin yayından bəri "Sassuolo"ya rəhbərlik edir və cari mövsümü İtaliya A Seriyasında 11-ci yerdə başa vurub.

48 yaşlı italiyalı mütəxəssis əvvəllər "Bari", "Verona", "Breşiya", "Sion", "Frozinone" və "Lion" kimi klublarda çalışıb. Qrosso oyunçu kimi İtaliya millisi ilə 2006-cı ildə dünya çempionu titulunu qazanıb. 

Seçilən
13
1
fanat.az

2Mənbələr