ABŞ-nin Virciniya ştatındakı federal məhkəmə qeydlərinə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Devid Ras adlı keçmiş rəsmisi ötən həftə "dövlət vəsaitini mənimsəməkdə" ittiham olunub.
"Cebheinfo.az" xəbər verir ki, Davanı araşdıran Federal Təhqiqat Bürosunun (FTB) agentinin ifadəsinə əsasən, Raşın "işlə bağlı xərclər adı altında külli miqdarda xarici valyuta və on milyonlarla dollar dəyərində külçə qızıl tələb etdiyi və aldığı" bildirilib.
Raşın bu vəsaitlərdən hansı məqsədlə istifadə etməyi planlaşdırdığı hələlik bəlli deyil, lakin pulların bir hissəsinin onun ofisinin yaxınlığındakı anbarların birində aşkarlandığı qeyd olunub.
Hüquq-mühafizə orqanlarının mayın 18-də Raşın evində apardığı axtarış zamanı təxmini dəyəri 40 milyon dollardan çox olan 300-dən çox külçə qızıl, təxminən 2 milyon ABŞ dolları nağd pul və 35 ədəd lüks qol saatı müsadirə edildiyi vurğulanıb.
Məhkəmə prosesi sabah baş tutacaq Raşın MKİ-dəki vəzifəsindən tam olaraq nə vaxt ayrıldığı isə açıqlanmayıb.