Xəstəlik, ev almaq və ya digər həyati ehtiyaclar zamanı vətəndaş niyə öz pensiya kapitalından istifadə edə bilmir?
Demokrat.az globalinfo.az-a istinadla xəbər verir ki, deputat Vüqar pensiya yaşına çatmamış pensiya kapitalından istifadəsi məsələsi müzakirə olunan mövzulardan biri olduğunu bildirib: Dördpendirli pizza
“Bu məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputatlar tərəfindən müxtəlif təkliflər irəli sürülüb. Təkliflərdən biri də vətəndaşların dünyasını dəyişməsindən sonra pensiya kapitalının müəyyən hissəsinin, məsələn, 30 faizinin onların vərəsələrinin hesabına köçürülməsi ilə bağlı olub”.
Deputat qeyd edib ki, bu istiqamətdə qiymətləndirmələrin aparılması və pensiya kapitalından istifadə mexanizminin hazırlanması məqsədəuyğun olardı:
“Nəticə etibarilə, belə bir yanaşma həm vətəndaşların pensiya kapitalı toplamağa marağını artıra, həm də məşğulluğun genişlənməsinə müsbət təsir göstərə bilər. Çünki nəticədə vətəndaşların pensiya kapitalının artırılmasına marağının yüksəlməsi müşahidə olunacaq. Bu da bütövlükdə əmək münasibətlərinin daha çox rəsmiləşdirilməsinə töhfə verəcək. Bu baxımdan, təbii ki, maliyyə imkanları və mövcud vəziyyət nəzərə alınmaqla, bu istiqamətdə addımların atılması məqsədəuyğundur”.
V.Bayramov əlavə edib ki, ölkədə pensiya islahatlarının davam etdirildiyini nəzərə alsaq, dərinləşən islahatlar çərçivəsində pensiya kapitalından daha səmərəli istifadə ilə bağlı yeni mexanizmlərin hazırlanması və tətbiqini müşahidə edə bilərik.
Demokrat.az
10Mənbələr
-
bizim.mediaBu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama ( 29032549)
-
busaat.azBu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama ( 29032111)
-
demokrat.azPensiyanın 30 faizi vərəsələrə qaytarıla bilər: Yeni mexanizmlərin tətbiqi təklif olunur ( 29020894)
-
yenisabah.azPensiyanın 30 faizi vərəsələrə qaytarıla bilər Yeni mexanizmlərin tətbiqi təklif olunur ( 29017723)
-
bakivaxti.azAzərbaycanda bu şəxslərin pulları QAYTARILACAQ ( 29017675)
-
yenisabah.azPensiyanın 30 faizi qaytarıla bilər - Yeni mexanizmlərin hazırlanması və tətbiqi təklif olunur ( 29017525)
-
pravda.azBu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama ( 29015644)
-
hafta.azBu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər ( 29014960)
-
ulusum.azBu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - VACİB ( 29014927)
-
redaktor.azBu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - VACİB ( 29014606)