AZ

Paşinyan paradda: Ermənistan dərslərini mənimsəyib

Bu 2026-cı ilin Respublika Gününü biz tamamilə yeni tarixi şəraitdə qeyd edirik. Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında təxminən 35 il davam edən münaqişədən sonra sülh bərqərar olub. Medianın məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən hərbi paraddakı çıxışı zamanı bəyan edib.

"Sülh - birinci Ermənistan Respublikasının müstəqilliyini qoruyub saxlaması və inkişaf etdirməsi üçün çatışmayan əsas şey idi. Və məhz sülhün olmaması 1918-ci ildə birlikdə müstəqillik elan etmiş Cənubi Qafqazın üç ölkəsinin 1920-ci ildə bir-birinin ardınca bu müstəqilliyi itirməsinin əsas səbəbinə çevrildi. Bu gün biz birinci Respublika dövründən qalan dövlətin müvəqqəti xarakter daşıması kompleksinə qalib gəlir və Ermənistan dövlətinin əbədi mövcud olması məntiqini rəhbər tutaraq, dövlətin uzunömürlülüyü gündəliyini qəbul edirik. Bərqərar olunmuş sülh, onun gələcək institusionallaşdırılması, inkişafı və dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi bizim strateji prioritetlərimizdir. Bu gün Ermənistan Respublikasının ordusu müharibə deyil, sülh faktorudur. Çünki müdafiə qabiliyyətinə malik və güclü ordusu olmayan ölkə təcavüz (aqressiya) üçün cəlbedici ola bilər", - deyə o bildirib.

Paşinyan əlavə edib ki, bu gün onlar hər kəsə Ermənistan Respublikasının yeni ordusunu - yeni silahlarla, yeni formada və yeni ideologiya ilə təqdim edirlər.

S.ELAY

XQ

Seçilən
29
1
xalqqazeti.az

2Mənbələr