AZ

Baş nazirin qardaşı məhkəməyə çıxarıldı

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

İspaniyanın Baş naziri Pedro Sançesin qardaşı David Sançeslə bağlı qanunsuzluq işi üzrə məhkəmə prosesi başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, David Sançes Badaxos Vilayət Şurasında “konservatoriya fəaliyyətləri koordinatoru” vəzifəsinə təyin olunarkən “nüfuzundan istifadə etmək və inzibati qanunsuzluqlara yol vermək” ittihamı ilə mühakimə olunur.

Ana müxalifətdə olan Xalq Partiyası (PP), ifrat sağçı Vox Partiyası və sağ yönümlü bəzi dərnəklərin ittihamlarından sonra hazırlanan ittiham aktı əsasında David Sançes də daxil olmaqla, 11 nəfərin məhkəməsi İspaniyanın cənub-qərbində yerləşən Badaxos şəhərində keçirilir.

Baş nazir Sançesin qardaşı olması səbəbilə işdə diqqət mərkəzində olan musiqiçi David Sançes 2017-ci ildə işsiz olduğu dövrdə Badaxos Vilayət Şurası tərəfindən yaradılan və 10 müraciətin rədd edildiyi yüksək vəzifəli idarəçi postu hesab edilən “konservatoriya fəaliyyətləri koordinatoru” vəzifəsinə öz nüfuzundan istifadə edərək təyin olunduğu və inzibati qanunsuzluqlara yol verdiyi iddiası ilə günahlandırıb.

David Sançes haqqında ittihamlar gündəmə gəldikdən sonra 2025-ci ilin fevral ayında vəzifəsindən istefa vermişdi.

Eyni iş üzrə David Sançesdən başqa, Baş nazir Sançesin baş katibi olduğu Sosialist Fəhlə Partiyasının (PSOE) Extremadura muxtar bölgəsinin keçmiş lideri Migel Anxel Qalyardo və bir vaxtlar Baş nazirlikdə müşavir kimi çalışan, Badaxos Vilayət Şurasında Sərhədlərarası Fəaliyyət Mərkəzləri və Proqramları Koordinasiya Bölməsinin keçmiş rəhbəri Luis Mariya Karrero da (David Sançesin yaxın dostu) təqsirləndirilən şəxslər arasındadır.

Prokurorluq cinayət tərkibli hər hansı əməl görməsə də, ittiham tərəfi David Sançes və Qalyardo haqqında üç ilə qədər həbs cəzası tələb edir. İş üzrə məhkəmə prosesinin 4 iyunda başa çatacağı gözlənilir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
1
cebheinfo.az

2Mənbələr