İsveçrənin Vintertur şəhərindəki dəmir yolu vağzalında bıçaqlı hücum olub.
“Reuters”in İsveçrə polisinə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 3 nəfər yaralanıb.
Məlumata görə, hadisə səhər saatlarında baş verib. Hücumda şübhəli bilinən 31 yaşlı İsveçrə vətəndaşı saxlanılıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
“Hadisə qatar stansiyasında baş verib və üç nəfər yaralanıb”, - polisdən bildiriblər.
Hadisədən sonra genişmiqyaslı polis əməliyyatı aparılıb.
Polis hazırda hücumun motivlərini araşdırır.