AZ

SEPAH Fars körfəzinə daxil olmağa cəhd edən iki gəminin saxlanıldığını b​​​​​​​ildirib

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH — İran Silahlı Qüvvələrinin elit bölmələri) bəyan edib ki, son sutka ərzində İran tərəfi ilə razılaşdırıldıqdan sonra Hürmüz boğazından 26 ticarət gəmisi və neft tankeri keçib, 2 gəmi isə naviqasiya sistemlərini söndürərək Fars körfəzinə daxil olmağa cəhd etdikdən sonra saxlanılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Agentliyin yazdığına görə, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti iddia edir ki, Hörmüz boğazından keçid üçün icazənin alınması bu rayonda gəmiçilik üçün məcburi şərtdir. SEPAH-dan bildiriblər ki, bir neçə gəmi naviqasiya sistemlərini söndürərək icazəsiz Fars körfəzinə daxil olmağa çalışıb. İran tərəfinin məlumatına görə, xəbərdarlıqlardan sonra iki gəmi saxlanılıb, qalanları isə kurslarını dəyişməyə məcbur olublar.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
2
icma.az

3Mənbələr