Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.
“Sabah” futbol komandasının slovakiyalı hücumçusu Pavol Şafranko klubdan ayrılıb.
İdman.Biz xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb. Mövsümün sonunda müqaviləsi başa çatan təcrübəli futbolçu ilə yeni anlaşma imzalanmayıb.
Pavol Şafranko 2024-cü ildən “Sabah”ın uğurları üçün çalışıb. O, komandanın heyətində keçirdiyi 55 oyunda 18 qol vurub, üç məhsuldar ötürmə edib.
Slovakiyalı hücumçu “Sabah”la bir dəfə Azərbaycan çempionu olub, iki dəfə isə ölkə kubokunu qazanıb.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.