AZ

IDF 3 həftə sonra Beyrutu vurub, SEPAH-la əlaqəli qruplaşmanın raket qüvvələrinin rəhbəri hədəf alınıb

İsrail Müdafiə Qüvvələri (IDF) Beyruta zərbə endirib.

APA xəbər verir ki, bu barədə IDF məlumat yayıb.

Əlavə məlumat verilməyib.

İsrail mediasının təhlükəsizlik mənbəsinə istinadən verdiyi məlumata görə, İsrail ordusunun Beyruta endirdiyi zərbənin hədəfi “İmam Hüseyn diviziyası”nın raket qüvvələrinin rəhbəri Əli əl-Hüsni olub.

Hücum zamanı onun öldürülüb-öldürülmədiyi hələlik məlum deyil.

Qeyd edək ki, "İmam Hüseyn diviziyası”nın İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən yaradıldığı və maliyyələşdirildiyi, eyni zamanda, hərbiləşdirilmiş qruplaşmanın SEPAH-ın Qüds qüvvələri tərəfindən İsrailə qarşı əməliyyatlar üçün fəal şəkildə istifadə olunduğu bildirilir.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri sonuncu dəfə mayın 6-da Livan paytaxtına hücum edib.

Seçilən
60
3
apa.az

5Mənbələr