AZ

MOİK in baş məşqçisi: “Növbəti mövsüm klubda qalsam…”

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Komandamız bu mövsüm pis çıxış etmədi. Mövsümün əvvəlində əsas məqsədimiz möhkəm kollektiv formalaşdırmaq idi ki, buna da nail olduq". Bunu Sport24.az-a açıqlamasında MOİK-in baş məşqçisi İlham Yadullayev deyib.

49 yaşlı mütəxəssis komandasının bu mövsümki çıxışını dəyərləndirib:

"Çalışırdıq ki, çempionatı daha üst pillələrdə başa vuraq. 6-cı yeri tutsaq da, daha yuxarı yerlərdə qərarlaşa bilərdik. Mövsüm ərzində komandada çoxlu zədəlilər oldu və bu səbəbdən sabit çıxış edə bilmədik.  Bəzi oyunlarda qalib gəlməli olduğumuz halda xal və ya xallar itirdik. Əslində, çempionatın əvvəlində komanda öz oyununu tapmağa başlamışdı və hər matçda qələbə qazanmağa çalışırdıq. Növbəti mövsüm klubda qalsam, komandada ciddi dəyişikliklər olacaq. Bunun üçün rəhbərliklə danışıq aparılmalıdır. Daha sonra klubun məqsədlərini və hansı yerlər uğrunda mübarizə aparacağımızı müəyyənləşdirəcəyik".Qeyd edək ki, MOİK 2025/2026 mövsümünü Azərbaycan Birinci Liqasında 33 xalla 6-cı pillədə başa vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
sport24.az

1Mənbələr