AZ

İranda daxili parçalanma TƏHLÜKƏSİ: Xamanei deputatlara ÇAĞIRIŞ ETDİ

İranın ali rəhbəri Müctəba Xamanei parlament üzvlərinə müraciət edərək siyasi fikir ayrılıqlarının parçalanmaya çevrilməməsinə çağırış edib.

Musavat.com xəbər verir ki, bu barədə “İran İnternational” məlumat yayıb.

Bildirilir ki, Xamanei müraciətində qanunvericilərə təşəkkür edib və parlament sədri Məhəmməd-Baqir Qalibafın fəaliyyətini xüsusi qeyd edib.

O, Vaşinqtonla aparılan danışıqlara isə birbaşa toxunmayıb.

Xamanei bildirib ki, milli birliyin qorunması həm dini, həm də siyasi borcdur.

O vurğulayıb ki, deputatlar və siyasi-intellektual elitanın digər nümayəndələri fikir ayrılıqlarının cəmiyyət daxilində parçalanmaya səbəb olmasına imkan verməməlidirlər.

Onun sözlərinə görə, “düşmənlər müharibədən, iqtisadi təzyiqlərdən və siyasi təcriddən sonra daxili fikir ayrılıqlarından istifadə etməyə çalışırlar”.

“Düşmənin kor planı məcburi müharibədən, iqtisadi təzyiqlərdən, təbliğatdan və siyasi mühasirədən sonra cəmiyyətdə nifaq və parçalanma yaratmaq, bununla da döyüş meydanındakı məğlubiyyətləri kompensasiya edərək ölkəni diz çökdürməkdir”, - deyə Xamanei bildirib.

O əlavə edib ki, İslamı, inqilabı və İranın müstəqilliyini önəmli hesab edənlər əsassız fikir ayrılıqlarını qarşıdurma və parçalanmaya çevirməməlidirlər.

Xamanei həmçinin deputatlara mərhum atasının parlamentlə keçirdiyi illik görüşləri xatırladıb və həmin çıxışların diqqətlə öyrənilməsini tövsiyə edib. O qeyd edib ki, bu çıxışlarda mövcud vəziyyət üçün “praktik və aktual” dərslər yer alır.

İran lideri parlamenti iqtisadi sabitliyin təmin olunmasına, inflyasiya ilə mübarizəyə, istehsalın artırılmasına, müharibənin vurduğu dağıntıların bərpasına və müharibədən sonrakı dövr üçün planlamaya diqqət yetirməyə çağırıb.

Bu arada Tehran və Vaşinqton arasında aparılan danışıqlara yaxın mənbə “İran İnternational” nəşrinə bildirib ki, Məhəmməd-Baqir Qalibaf və İranın danışıqlar qrupunun Müctəba Xamanei ilə tam koordinasiyada olub-olmaması ilə bağlı şübhələr mövcuddur.

Mənbənin sözlərinə görə, Xamaneinin danışıqlar barədə nə dərəcədə məlumatlı olduğu, eləcə də danışıqlar qrupunun Tramp administrasiyası ilə münasibətlərdə vəziyyəti nə qədər düzgün qiymətləndirdiyi barədə qeyri-müəyyənlik qalır.

“İran İnternational” qeyd edir ki, Qalibaf və Əraqçinin Qətərə son səfəri, həmçinin danışıqlar qrupunun Pakistana getmək və ya danışıqları Tehranda davam etdirmək istəməməsi İran daxilində bu prosesə kimin rəhbərlik etdiyi ilə bağlı sualları daha da artırıb.

Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr