AZ

Peru Konqresi Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə təbrik bəyanatı qəbul edib

Peru Konqresində fəaliyyət göstərən Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin təşəbbüsü ilə bu ölkənin Konqresi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü münasibətilə dünya azərbaycanlılarına ünvanlanan təbrik bəyanatı qəbul edib.

Day.Az xəbər verir ki, bəyanatda Azərbaycan Xalq Cümhuriyyətinin bütün vətəndaşlara bərabər hüquqlar təmin edən respublika olmaqla, Şərqin ilk demokratik dövləti olduğu vurğulanır. Eyni zamanda, Azərbaycanda bütün dinlərin və etnik qrupların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı qeyd edilir.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikası iqtisadiyyat, enerji, texnologiya, təhsil və sosial sahələrdə mühüm nailiyyətlər əldə edib, hazırda isə Qafqaz regionunda lider mövqeyini daha da möhkəmləndirərək beynəlxalq əlaqələrini genişləndirir.

Bəyanatda həmçinin Azərbaycan ilə Peru arasında diplomatik münasibətlərin 1996-cı ildə qurulduğu və Azərbaycanın Peru üçün mühüm tərəfdaş olduğu vurğulanır.

Seçilən
1
4
day.az

5Mənbələr