Naxçıvan-Ordubad magistral avtomobil yolunda asfaltlanma işləri aparılır.
"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı işləri "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" icra edir.
Magistral avtomobil yolunda aparılan cari təmir işləri mərhələli şəkildə davam etdirilir.
İcra olunan tədbirlər çərçivəsində əvvəlcədən deformasiyaya uğramış hissələrdə köhnə asfalt-beton örtüyü frezlənərək ərazidən kənarlaşdırılıb, hazırda isə yolun müəyyən hissələrinə yeni asfalt örtüyünün verilməsi işləri həyata keçirilir.
Təmir-bərpa işlərinin əsas məqsədi hərəkətin rahatlığını və təhlükəsizliyini daha da artırmaq, yolun istismar vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir.
"Cebheinfo.az"