Rusiyanın bir neçə elmi qurumunun tədqiqatçıları yanıq yaralarının sağalmasını sürətləndirən innovativ hibrid hidrogel sistem hazırlayıblar.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, yeni texnologiya adi hidrogel sarğılarından daha effektivdir və toxumaların regenerasiya prosesini sürətləndirir.
Sistemin əsas özəlliyi dərman maddələrini yaranın temperaturuna uyğun olaraq avtomatik şəkildə dozalamaqdır. Belə ki, yara sağaldıqca zədələnmiş nahiyənin temperaturu normallaşır və sistem də aktiv maddələrin buraxılmasını buna uyğun şəkildə tənzimləyir.