AZ

Rusiya Qazaxıstan ərazisindən Çinə qaz kəməri çəkilməsini müzakirə edir

Azpost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qazaxıstan və Rusiya respublika ərazisindən Çinə qaz kəmərinin çəkilməsi imkanlarını müzakirə edir.

Azpost.info-nun məlumatına görə, bu barədə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bunu jurnalistlərə bildirib.

“Biz “Sibirin Gücü 2″ adlandırılan Qazaxıstandan Çinə uzanacaq 35 milyard kubmetrə qədər qaz daşıyan boru kəmərini müzakirə etməyə başlamışıq. Biz, Qazaxıstan Respublikası olaraq təbii ki, tranzitin ərazimizdən keçməsini arzulayırıq. Bunun üçün bütün şərtləri və zəmanətləri, üstəgəl Qazaxıstan Respublikası daxilində əlavə istehlakı təmin etməyə hazırıq”, – Akkenjenov bildirib.

O qeyd edib ki, bu boru kəməri Qazaxıstan üçün vacib olacaq. Çünki bu, “respublikanın şimal və şərq ərazilərini təbii qazla təmin etməyə” imkan verəcək.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azpost.info

2Mənbələr