AZ

Abşeron sakinləri ŞİKAYƏTÇİDİR İçməli su günlərdir yola axıdılır

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Abşeronda içməli su yola axıdılır.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Qeyd edilib ki, rayonun Novxanı bağlar massivində beşinci dalan, Qaçaq Nəbi küçəsində günlərdir içməli su yolboyu axıb gedir.

Nəticədə yolun asfalt örtüyü dağılır, eyni zamanda sakinlərin evlərinə və həyətlərinə su dolur.

Vəziyyətdən narazı olan sakinlər bu haldan bezdiklərini qeyd ediblər.

Şikayətçilər bununla bağlı tədbir görülməsini, yolboyu axan suyun mənbəyinin tapılaraq problemin qarşısının alınmasını istəyirlər.

Sözügedən ərazidən görüntüləri təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
62
3
baku.ws

5Mənbələr