AZ

Avropa çempionatı: Azərbaycan millisi turnirə qələbə ilə başladı

BAKI, 28 may. TELEQRAF

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında ilk oyununa çıxıb.

Teleqraf xəbər verir ki, F qrupunda yer alan Elşad Quliyevin rəhbərlik etdiyi komanda Avstriya yığması ilə üz-üzə gəlib.

“Tipos Arena”da keçirilən qarşılaşma Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin yeganə qolunu 36-cı dəqiqədə İsa Atayev vurub.

Qeyd edək ki, Azərbaycan millisi mayın 29-da İtaliya, 30-da isə Fransa ilə qarşılaşacaq.

Seçilən
53
teleqraf.com

1Mənbələr