Cəlilabadda 19 yaşlı gənc suda boğulub. Ajans.az xəbər verir ki, hadisə rayonun Privolnye kəndində baş verib. Belə ki, kənd sakini, 2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu qardaşları ilə birlikdə kənd ərazisindəki kiçik su hövzəsində çimərkən ehtiyatsızlıq nəticəsində suda boğulub. Mərhumun meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.(unikal)