AZ

Zelenski: Ukrayna 150 ədəd "Gripen" qırıcı təyyarəsi alacaq

Ukrayna və İsveç "Saab" müdafiə şirkətinin 150 ədəd "Gripen" qırıcısı təyyarəsi tədarükü barədə saziş imzalayıb.

Aznews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski və İsveçin Baş naziri Ulf Kristersson birgə mətbuat konfransında bildiriblər.

Zelenskinin sözlərinə görə, Ukrayna bütün 150 "Gripen" qırıcısını almaq niyyətindədir və bunun üçün Avropa İttifaqının 90 milyard avro məbləğində kredit çərçivəsində maliyyələşdirmədən istifadə etməyi planlaşdırır.

"Bunun üçün kifayət qədər maliyyəmiz olsun, əlbəttə, biz bütün 150 qırıcını alacağıq. Artıq dediyim kimi, bu 90 milyard avroya ümid edirik. Bunu addım-addım edəcəyik", - Ukrayna Prezidenti deyib.

Seçilən
0
3
aznews.az

5Mənbələr