AZ

“Axios”: ABŞ və İran razılığa gəlib, Trampın yekun təsdiqi gözlənilir

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ və İran atəşkəsin uzadılmasına razılığa gəlib, lakin Trampın yekun təsdiqinə ehtiyac var.

Moderator.az xəbər verir ki, bu barədə “Axios” iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ və İran atəşkəsin uzadılması, İranın nüvə proqramı ilə bağlı danışıqlara başlamaq üçün 60 günlük çərçivə razılaşmasına nail olublar.

Qeyd edilib ki, razılaşmanın hələ də ABŞ Prezidenti Donald Tramp tərəfindən yekun təsdiqlənməsinə ehtiyac var.

"Prezident vasitəçilərə son qərar verməzdən əvvəl bu barədə düşünmək üçün bir neçə gün vaxt istədiyi mesajını çatdırıb", - ABŞ-ın yüksək vəzifəli rəsmisi bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
50
moderator.az

10Mənbələr