AZ

Cəlilabadda suda boğulan gənc tələbə imiş və iyulda əsgərliyə gedəcəkdi

Cəlilabad rayonunda baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.

 

Hadisə rayonun Privolnoye kəndində qeydə alınıb.

 

2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu dostları ilə birlikdə kənd ərazisindən axan çayın yaxınlıqda olan su hövzəsinə çimməyə gedib. O çimən zaman ehtiyatsızlıq nəticəsində suda boğulub.

 

Orada olan dostları onu xilas etməyə çalışsalar da, bu, mümkün olmayıb. Sonra onun cansız bədəni sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

 

Məlumata görə, mərhum ailənin üç övladından biri olub.

 

Elşən Abbasov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin sonuncu kursunda təhsil alırdı və iyul ayında hərbi xidmətə yola düşəcəkdi. Faktla bağlı araşdırmalar davam etdirilir./Report

Tarix: 28 May 2026, 19:21   
Seçilən
19
7
pravda.az

4Mənbələr