AZ

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

Ankara, 28 may, AZƏRTAC

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, türk siyasətçinin sosial media paylaşımında iki qardaş xalqın “güc mənbəyi” olan ortaq tarixi əlaqələr və mədəniyyət vurğulanıb.

Türkiyənin vitse-prezidenti təbrik mesajında bildirib: “Azərbaycan ilə Türkiyə arasındakı sarsılmaz qardaşlıq hər gün daha da güclənir, sülhə, sabitliyə və regionun ortaq gələcəyinə töhfə verir. “Bir millət, iki dövlət” prinsipi ilə səciyyələndirilən ölkələrimiz arasındakı həmrəyliyin əbədi olmasını arzulayıram. Belə bir əlamətdar gündə mən də azərbaycanlı qardaş və bacılarımı mübarək Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm, dost və qardaş Azərbaycan xalqına sülh və rifah arzulayıram”.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Seçilən
79
50
azertag.az

10Mənbələr