AZ

19 yaşlı tələbə suda boğuldu

Cəlilabadda 19 yaşlı gənc suda boğulub.

Sitat.info xəbər verir ki, hadisə rayonun Privolnye kəndində baş verib.

2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu kənd ərazisindəki su hövzəsində çimərkən boğulub.
 

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 

Faktla bağlı araşdırma aparılır.

***

Report-un məlumatına görə, Elşən Abbasov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin sonuncu kursunda təhsil alırdı və iyul ayında hərbi xidmətə yola düşəcəkdi

Seçilən
25
2
sitat.info

3Mənbələr