AZ

MPL: "Qəbələ" inamlı qələbə ilə Premyer Liqada qalır

Növbəti mövsüm Misli Premyer Liqasında mübarizə aparacaq son iştirakçının adı bu gün bəlli olub. 

Fanat.Az xəbər verir ki, Premyer Liqa uğrunda pley-off matçında iki bölgə təmsilçisi üz-üzə gəlib. 

Elitada 10-cu yeri tutan "Qəbələ" I Liqanın gümüş mükafatçısı "Mingəçevir"lə qarşılaşıb. Kaxaber Tsxadadzenin komandası inamlı qələbə qazanıb və Premyer Liqada yerini qoruyub.

Misli Premyer Liqası
Pley-off oyunu
28 may 

“Qəbələ” – “Mingəçevir” 2:0

Qol: Əkbər Eyubov, 36-öz qapısına. Seydina Keyta, 45+5-pen.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İnqilab Məmmədov.
VAR: Rəvan Həmzəzadə, Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Sumqayıt. “SOCAR Polymer Arena”.

Seçilən
2
fanat.az

1Mənbələr