Demokrat.az xəbər verir ki, bu nəticəyə Vyana Universiteti və İsveçrə Ali Texnologiya Mətəbinin (Sürix) alimləri gəliblər.
Tədqiqat Earth and Planetary Science Letters (EPSL) jurnalında dərc edilib. Dominos pizza
Alimlər milyonlarla il əvvəl okean dibində yaşayan təkhüceyrəli dəniz orqanizmlərinin fosilləşmiş qabıqlarını araşdırıblar. Çöküntülərin təbiətinə və dəniz səviyyəsinin dəyişkənliyinə əsaslanaraq, onlar uzaq keçmişdə günün uzunluğundakı dəyişiklikləri bərpa edə biliblər.
Nəticələr göstərib ki, son illərdə Yer kürəsinin fırlanmasının yavaşlama sürəti son milyonlarla il əvvəlkini xeyli üstələyib.
Tədqiqatçılar sürətlənmiş yavaşlamanı iqlim dəyişikliyinin yaratdığı proseslərlə əlaqələndirirlər. Qütb buz örtüklərinin sürətlə əriməsi ucbatından nəhəng su kütlələri okeana axır və ekvatora daha yaxın yenidən paylanır.
Bu, planetin ətalət momentini artırır. O, fiqurlu konkisürənin qollarını açaraq yavaşlaması kimidir. Yəni Yer bir az daha yavaş fırlanmağa başlayır.
Dəyişikliklər hələ də kiçik olsa da (gündə bir millisaniyə), geoloji miqyasda onlar çox sürətli hesab olunur. Uzunmüddətli perspektivdə fırlanmanın hətta bir qədər yavaşlaması belə iqlim sistemlərinə, okean cərəyanlarına və günün uzunluğuna təsir göstərə bilər.
10Mənbələr
-
azedu.azYer kürəsinin nüvəsində sirli dəyişiklik aşkarlandı ( 29041348)
-
demokrat.azYer fırlanma sürətini dəyişir: Günlərin uzanmasının daha bir səbəbi aşkarlandı ( 29030290)
-
olaylar.azYer kürəsinin fırlanması rekord dərəcədə yavaşladı ( 29029300)
-
azpost.infoYer kürəsinin əhalisinin yarısı yox ola bilər ( 29027278)
-
olke.azYer kürəsinin fırlanması rekord dərəcədə yavaşladı ( 29025955)
-
publika.azYer kürəsinin fırlanması rekord sürətdə yavaşlayır ( 29025430)
-
azpost.infoYer kürəsinin əhalisinin yarısı yox ola bilər- Tarix açıqlandı ( 29024545)
-
azpost.infoYer kürəsinin fırlanması görünməmiş sürətlə yavaşlayır –Araşdırma ( 29021320)
-
lent.azYer kürəsinin fırlanması rekord dərəcədə yavaşlayıb: alimlər necə araşdırdı? ( 29014987)
-
icma.azQlobal çöküş: Yer əhalisi 2064 cü ilə qədər iki dəfə azala bilər ( 28997548)