AZ

​İkardi yunanlara "yox" dedi

Yunanıstanın "Olimpiakos" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir. 101 yaşlı komanda "Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli mətbuatın yazdığına görə, Yaponiyada istirahət edən 33 yaşlı hücumçu yunanların təklifinə "yox" cavabı verib. İkardi "Olimpiakos"da oynamağın onun üçün cəlbedici olmadığını deyib.

Türkiyə mediası argentinalı qolçunun "Qalatasaray"la anlaşmaq istədiyini yazıb. "Əgər İstanbul klubu İkardinin şərtlərini qəbul etməsə, o, karyerasını İtaliyada davam etdirəcək", - "Sözcü" qəzeti belə yazıb.

Seçilən
27
metbuat.az

1Mənbələr