AZ

“Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsi çərçivəsində fəaliyyətlər davam edir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Rezonans” Gənclərin İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsi çərçivəsində fəaliyyətlər davam edir.

QHT.az xəbər verir ki, 25–27 may 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Rezonans” Gənclərin İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsinin fəaliyyət planına uyğun olaraq prosesə cəlb edilmiş könüllülər üçün təlim təşkil olunmuşdur.

Bakı şəhərində keçirilən və üç gün davam edən tədbirlər zamanı iştirakçılara müxtəlif mövzular üzrə bilik və bacarıqların aşılanması məqsədilə təlimlər keçirilmişdir. Tədbirin moderatoru “Rezonans” Gənclərin İctimai Birliyinin sədri Toğrul Abbasbəyli olmuşdur.

Ekspert qismində “Cəmiyyətin İnkişafı Mərkəzi” İB-nin sədri Əhməd N. Abbasbəyli və “Biosfer” İB-nin sədri Qorxmaz İbrahimli çıxış etmişlər. Onlar “WUF-13: Bakı və inklüziv imkanlar – qanunvericiliyin tələbləri və reallıq”, “Şəhərsalma və ətraf mühit: ekoloji problemlər”, “WUF-13: nəticələr və perspektivlər” və digər mövzular üzrə məruzələrlə çıxış edərək iştirakçılara ətraflı məlumat vermişlər.

Təlim zamanı iştirakçıların çoxsaylı sualları cavablandırılmış, mövzular ətrafında geniş müzakirələr aparılmışdır. Tədbirin yekununda “Rezonans” GİB-nin icraçı direktoru Məhəmmədəli Mərdanov layihəyə və tədbirə göstərilən maraq və diqqətə görə iştirakçılara təşəkkürünü bildirmişdir.

Layihə çərçivəsində tədbir iştirakçılarına həm Azərbaycan, həm də ingilis dillərində çap olunmuş çoxsaylı bukletlər paylanmışdır. Həmin bukletlərin əsas məqsədi könüllülər vasitəsilə ictimaiyyət arasında maarifləndirmə işinin aparılmasıdır.

Sonda “Rezonans” GİB-nin sədri Toğrul Abbasbəyli və icraçı direktoru Məhəmmədəli Mərdanov tərəfindən könüllülərə sertifikatlar təqdim olunmuşdur.

Qeyd edək ki, məhz həmin könüllülər vasitəsilə müxtəlif məlumatların toplanması, tədbirlərin təşkili və şəhərlə bağlı təkliflərin toplanması istiqamətində fəaliyyət həyata keçiriləcəkdir.

Seçilən
6
3
qht.az

4Mənbələr