AZ

Rusiya ilə Belarusun arasını vurmaq istəyirlər - Zaxarova

Fransa da daxil olmaqla, Avropa ölkələri Moskva ilə Minskin arasını vurmağa çalışırlar, lakin bu cəhdlər uğursuzluğa məhkumdur.

Hakimiyyet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Amma bizə aydındır ki, Paris və digər Avropa paytaxtları açıq şəkildə yalnız bir məqsəd güdürlər - Moskva ilə Minsk arasında uçurum yaratmaq və İttifaq dövlətini zəiflətmək.

Əsrlər boyu davam edən ortaq tarix, dostluq və mehriban qonşuluq əlaqələri ilə birləşən qardaş ölkələrimiz arasında nifaq salmaq üçün bədniyyətli şəxslərin hər hansı bir cəhdi uğursuzluğa məhkumdur”, - Zaxarova bildirib.

Qeyd edək ki, mayın 24-da Fransa Prezidenti Emmanuel Makron Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng etmişdi.

Seçilən
24
5
hakimiyyet.az

6Mənbələr