AZ

MKİ agentindən ağlasığmaz FIRILDAQ

Keçmiş MKİ əməkdaşı Devid Raşın evindən 40 milyon dollardan çox dəyəri olan 300-ə yaxın qızıl külçə tapılıb.

Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məhkəmə sənədlərinə və mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, o, dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunur.

İstintaq müəyyən edib ki, Raş "xidməti zərurət" bəhanəsi ilə rəhbərlikdən müntəzəm olaraq böyük miqdarda xarici valyuta və qızıl külçələr tələb edib. O, bu vəsaitlərin istintaq xərclərinin ödənilməsi üçün lazım olduğunu iddia edib.

Mayın 18-də federal agentlər Raşın evində axtarış aparıblar. Qızıl külçələrlə yanaşı, evdən 2 milyon dollar nağd pul və əksəriyyəti "Rolex" markalı olan 35 ədəd lüks saat müsadirə edilib.

Seçilən
0
3
publika.az

4Mənbələr