AZ

"İqlim silahı" işə düşüb? - Artan yağışlarla bağlı İLGİNC İDDİA

Son günlər Azərbaycanda və dünyada yağan güclü yağıntılardan sonra yağışların müxtəlif mərkəzlər tərəfindən idarə olunduğu iddiası ortaya çıxıb. Xarici media yazır ki, İran və ABŞ-İsrail müharibəsindən sonra iqlimdə ciddi dəyişikliklər baş verib. Bildirilir ki, İslam Respublikası İsrailin iqlim idarəetmə mərkəzlərini sıradan çıxarıb. Bundan sonra isə dünyada yağıntılar ciddi şəkildə artıb. Ekspertlər ABŞ-Vyetnam müharibəsində ABŞ-nin həyata keçirdiyi "Operation Popeye" əməliyyatını nümunə göstərərək qeyd edirlər ki, burada əsas məqsəd hava şəraitini süni şəkildə dəyişdirərək düşmənin hərbi-logistika yollarını yararsız hala salmaq idi.

Əməliyyatın mərkəzində "cloud seeding" texnologiyası dayanırdı. ABŞ hərbi təyyarələri buludlara əsasən gümüş yodid (silver iodide) hissəcikləri səpirdi. Bu maddələr bulud daxilində su damcılarının formalaşmasını sürətləndirərək yağış ehtimalını artırırdı. Məqsəd təbii musson yağışlarını daha uzun və daha intensiv etmək olub.

İqlim

İddia olunur ki, indi də digər texnoloji vasitələrlə müəyyən ərazilərə yağışların yağmasının qarşısı alınır.

Görəsən, burada həqiqət payı nə qədərdir?

Aznews.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan ekoloq Sadiq Həsənov bildirib ki, süni yağış yağdırma texnologiyası illərdir mövcuddur.

Seçilən
21
5
aznews.az

6Mənbələr