AZ

Hörmüz boğazında 4 gəmiyə xəbərdarlıq atəşi açılıb YENİLƏNİB

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İran Silahlı Qüvvələri Hörmüz boğazı yaxınlığında qaydaları pozan 4 gəmiyə xəbərdarlıq atəşi açıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə “Mehr” agentliyi xəbər yayıb.

Məlumata əsasən, həmin gəmilər koordinasiya olmadan boğazdan keçməyə cəhd göstəriblər.

***

00:23 İran Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin Komanda-İdarəetmə Mərkəzi yayılan partlayış səslərinin dəniz istiqamətindən gəldiyini və xəbərdarlıq məqsədli atışma ilə əlaqədar olduğunu açıqlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, mərkəz Bəndər-Abbas bölgəsində indiyədək hər hansı partlayışın baş vermədiyini və bununla bağlı rəsmi məlumat daxil olmadığını bildirib.

Açıqlamada qeyd olunub ki, eşidilən səslər Hörmüz boğazında qaydaları pozan gəmilərə xəbərdarlıq məqsədilə açılan atəş nəticəsində yaranıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
5
apa.az

7Mənbələr