“Biz böyüyürük, qalxırıq., amma zədəm məni irəliləməkdən saxladı”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın hücumçusu Ramon Maçado deyib.
Braziliyalıkaryerası ilə bağlı vəziyyəti dəyərləndirərək bildirib ki, bu mövsüm zədələr onun çıxışına mənfi təsir edib və əvvəlki mövsümlə müqayisədə daha çətin dövr keçirib.
O, gələcəyi ilə bağlı hələlik dəqiq qərarın olmadığını qeyd edib.
Maçado sportnet.az-a açıqlamasında bildirib ki, klubla müqaviləsi başa çatır və hazırda nə “Araz-Naxçıvan”dan, nə də digər klublardan rəsmi təklif alıb.
"Sambaçı" Azərbaycanda qalmaq istədiyini də vurğulayıb və ailəsinin də burada yaşamağa üstünlük verdiyini əlavə edib.
Sonda o, komandanın avrokuboklara vəsiqə qazana bilməməsindən məyus olduqlarını bildirib.