AZ

Qlobal bazarlarda neft ucuzlaşıb

Qlobal əmtəə bazarlarında neft 1 dollara yaxın ucuzlaşıb.

APA-Economics” xəbər verir ki, Nyu-York Əmtəə Birjasında (NYMEX) ABŞ-ın WTI markalı neftinin iyul fyuçerslərinin qiyməti 0,94% və ya 0,84 ABŞ dolları azalaraq bir barel üçün 88,06 ABŞ dollarına düşüb.

Londonun Qitələrarası Birjasında (ICE) isə Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 0,76% və ya 0,71 ABŞ dolları azalaraq 93,00 ABŞ dolları təşkil edib.

Analitiklərə görə, neft bazarında qiymətlərin azalmasına ABŞ və İran arasında gərginliyin yumşalacağı, eləcə də Hörmüz boğazında neft tədarükünün normallaşacağına dair gözləntilər təsir göstərib. Bu amillər bazarda təkliflə bağlı risklərin azalacağı ehtimalını gücləndirib.

Seçilən
18
38
apa.az

10Mənbələr