AZ

Layiq olanın qazandığı duel Məmmədovun günahkar axtarışı

futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Qəbələ” Misli Premyer Liqasındakı yerini qorudu. Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv I Liqanın gümüş medalçısı “Mİngəçevir”lə pley-off duelindən qalib ayrıldı.

Görüşdən əvvəl favorit olan “qırmızı-qaralar” rəqibinə oyun planında da üstünlük qurdu və rahat qələbəyə sevindi. Oyunun startından sona qədər topu özündə saxlayan, hücum axtarışlarında olan qəbələlilər daha çox real qol şansı yaratmasına baxmayaraq, irəli xətt oyunçularının arxayınlığı, bəzi epizodlarda əlavə fintlərə yol verməsi və uğursuzluğu fərqin böyüməməsinə səbəb oldu. Burda rəqib qapıçı Orxan Sadıqlını da qeyd etmək lazımdır. Qolkiper xüsusilə ikinci hissədə bir neçə kritik seyvlə yadda qaldı.

“Mingəçevir” isə səviyyə fərqini hiss etdi. Daha çox standart vəziyyətlərə bel bağlayan bölgə komandası əsasən uzun ötürmələrlə təhlükə yaratmağa çalışdı. Lakin bütün cəhdlər boşa getdi. Bəzi hallarda forvard Kalunqa irəlidə hərəkətlilik yaratmaq istəsə də, uğursuz oldu.

Oyundan sonra “Mingəçevir”in baş məşqçisi Ramiz Məmmədovun hakim Tural Qurbanovu günahlandırması isə anlaşılmaz qaldı. Matçboyu daha çox yerdə qalan, vaxtı uzatmağa çalışan mingəçevirlilər olmasına baxmayaraq, mütəxəssis referinin tez-tez oyun saxlamasından gileyləndi. Halbuki bu məsələsə baş rol ifaçısı məhz öz komandasının oyunçuları idi. Hər bir halda, göründü ki, Məmmədov məğlubiyyətə don geyindirməyə çalışır. Yoxsa oyunboyu bir təhlükə yarada bilməyən komandanın çalışdırıcısı nə üçün hakimi günahlandırmağa çalışsın?

Hər bir halda, “Qəbələ” layiqli qələbə qazandı və Misli Premyer Liqasındakı yerini qorudur. “Mingəçevir”in keçməsi sürpriz və yeni mövsüm adına daha bir fiasko olacaq komanda gözləntisi yaradacaqdı. Sxadadzenin komandası çempionata rəng qatan kollektivlərdəndir. Sərgilədiyi oyuna görə layiq olduğu mövqeni tutmayan “qırmızı-qaralar” başa çatan mövsümdən dərs çıxarmalı və növbəti ilə daha güclü hazırlaşmalıdır.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
13
futbolpress.az

10Mənbələr