ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu, o Qərbdir ki, vəhşətdən doğan azğınlıqla Xocalıda qətlə yetirilənlərin fəryadına sadəcə seyr etməklə cavab verdi. Cəlladlara — köçəryanlara, sərkisyanlara ağuş açdı, onları bağrına basdı.
İsveçrədə küçə süpürənə verilən beş min avroluq maaş onların fövqəladə təhsil sisteminin nəticəsidirmi? Xeyr. Bu rifah, dünyanın oğrularının, cinayətkarlarının, oliqarx vampirlərinin sərvətlərini qoruyan bank sisteminin yaratdığı üstünlüklərlə də bağlıdır.
Bəlkə ABŞ-dakı parıltı onların təhsilinin fövqəl gücündən qaynaqlanır? Xeyr. Bu cah-calal çox zaman münaqişələr yaratmaqdan, bahalı silah satmaqdan, karbohidrogen mənbələrinə nəzarətdən qidalanır. Hansısa ölkə bu bazara daxil olmaq sevdasına düşsə, onu dərhal sıradan çıxarmağa çalışırlar.
Bəs Britaniyadakı yüksək həyat səviyyəsi yalnız təhsilin bəhrəsidirmi? XXI əsrdə belə, bu məmləkət hələ də əsrlər boyu qurduğu müstəmləkə siyasətinin mirasından qazanc götürür.
Finlandiya, Sinqapur modelləri nümunə göstərilir. Amma həmin “təhsil şinelindən” bizim elm tariximizin yetişdirdiyi Xudu Məmmədov, Rafiq Əliyev, Azad Mirzəcanzadə kimi dahilər çıxıbmı?
Kobudluğa görə üzr istəyirəm, amma öz yolumuzu unudub başqalarının ardınca tullana-tullana getməyin sonu yaxşı görünmür. Bizi nəticəsi sonradan üzə çıxacaq təhlükəli bir oyuna çəkirlər.
Nə qədər gec deyil, dayanıb düşünməliyik.
Pərviz Yəhyalı
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.