AZ

“Əli haqda təəssürat müsbətdi “Qarabağ”ın 15 yaşlı ulduzu qayıdır

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Qarabağ” U-17 komandasının üzvü, iyunun 26-da 16 yaşını tamamlayacaq Əli Bəşirov artıq bir həftədi “Strasbur”un düşərgəsindədi.Bəs səfər zamanı klubdan onu müşayiət edən varmı? Klubun Əli ilə bağlı ilkin təəssüratı necədi? “Strasbur”un hansı komandasında baxışdadı? Bu haqda “Qarabağ”ın Kommunikasiyalar departamentinin rəhbəri Anar Hacıyev suallarımızı cavabladı:

“Əli hazırda “Strasbur”un düşərgəsindədi. Bu klubun U-17 komandasının heyətində məşq edir. Özündən iki yaş böyüklərlə. Mayın 31-nə qədər orda olacaq. Həm məşqlərdə, həm də oyunlarda yoxlanılacaq. Əli haqda təəssürat müsbətdi. O, bizim Fransadakı turnirimizdən sonra düşərgəyə yollanmışdı. Dil problemi də yoxdu, ingilis dili yaxşı səviyyədədi, sərbəst danışır. Yanında müşayiətçi yoxdu, amma klubla daimi əlaqədədi. Mayın 31-də “Strasbur” nümayəndələri tərəfindən Bakıya yola salınacaq”.

MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
3
icma.az

4Mənbələr