AZ

Madridin “Cibeles” fəvvarəsi Azərbaycan Bayrağı rənglərində işıqlandırıldı

BAKI, 29 may. TELEQRAF

Azərbaycan Müstəqillik Günü münasibətilə İspaniyanın paytaxtı Madridin mərkəzində yerləşən məşhur “Cibeles” fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu barədə Teleqraf-a səfirlikdən məlumat verilib.

İspaniya Krallığındakı səfirliyimizin təşəbbüsü və Madrid Şəhər Şurasının dəstəyi ilə həyata keçirilən bu möhtəşəm aksiya çərçivəsində şəhərin simvolik rəmzlərindən hesab olunan “Cibeles” fəvvarəsi Azərbaycanın Dövlət Bayrağının mavi, qırmızı və yaşıl rənglərinə bürünüb.

Axşam saatlarından etibarən fəvvarənin üzərinə proyeksiya olunan Azərbaycan bayrağının rəngləri paytaxt sakinləri və şəhər qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Artıq ənənə halını alan bu əlamətdar aksiya Azərbaycan ilə İspaniya arasında mövcud olan möhkəm dostluq və əməkdaşlıq münasibətlərinin bariz nümunəsidir. Bu addım, eyni zamanda, İspaniya ictimaiyyətinin Azərbaycana göstərdiyi hörmət və rəğbətin təzahürüdür.

Seçilən
33
21
teleqraf.com

10Mənbələr