AZ

Qara dənizin qazı Türkiyəyə 2 milyard dollar qazandırıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Ankara, 29 may, AZƏRTAC

Qara dənizin “Sakarya” yatağından qaz təchizatı Türkiyəyə mavi yanacağın idxalında 2 milyard dollar qənaət etməyə imkan verib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin tarixində ən böyük dəniz qaz yatağının kəşfi 2020-ci ilin iyul ayında elan edilib, ölkənin qaz paylama sisteminə ilk tədarüklər isə 2023-cü ilin sentyabr ayında həyata keçirilib. 2023-cü ilin sonuna olan məlumata görə, “Sakarya” yatağında 337 milyon kubmetr qaz hasil edilib. Bu rəqəm növbəti il 1,66 milyard kubmetrə, ötən il 3 milyard kubmetrə, bu ilin yanvar-may aylarında isə daha 1 milyard kubmetrə çatıb.

“Sakarya” yatağının ehtiyatları 785 milyard kubmetr və ya 250 milyard dollar olaraq qiymətləndirilir.

Dəniz yatağının istifadəyə verilməsindən bəri Türkiyə artıq bazar dəyəri 2 milyard dollar olan təxminən 6 milyard kubmetr yerli qaz əldə edib. Beləliklə, ölkə xarici təchizatçılardan enerji asılılığını tədricən azaltmağa başlayıb.

Rəsmi məlumatlara görə, Türkiyə ötən il 21,2 milyard dollar dəyərində mavi yanacaq alıb. Bunun 43 faizi Rusiyadan, 20 faizi ABŞ-dən, 12 faizi Azərbaycandan, 11 faizi İrandan, 7 faizi Əlcəzairdən və daha 7 faizi digər mənbələrdən olan idxal təşkil edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
38
azertag.az

10Mənbələr