AZ

"Qızıl top" mükafatının təqdimat mərasiminin vaxtı bilindi

Hər il dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının təqdimat mərasiminin vaxtı müəyyənləşib.

Fanat.Az xarici mediaya istinadən xəbər verir ki, tədbir oktyabrın 26-da İngiltərənin paytaxtı Londonda keçiriləcək.

Mükafat 70 illik yubileyini qeyd edəcək. 1956-cı ildə ilk "Qızıl top" ingilis futbolçu Stenli Mettyusa qismət olub.

Xatırladaq ki, ötən il fərdi mükafatı Fransa millisinin və PSJ-nin cinah hücumçusu Osman Dembele qazanıb.

Toğrul

Seçilən
7
fanat.az

1Mənbələr